Zakir Həsənov Moskvaya yola düşüb

2-08-2019, 18:32
Oxunub: 97
Müdafiə naziri avqustun 3-də “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək


Avqustun 2-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə yola düşüb.

Bu barədə Etatist.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Müdafiə naziri avqustun 3-də “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək və “Tank biatlonu” müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdə çıxışını izləyəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti