İyul ayında BŞTİ-yə 6119 müraciət daxil olub

2-08-2019, 10:29
Oxunub: 89
Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində iyul ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

İdarədən Etatist.com-a verilən məlumata görə, qeyd olunan müddət ərzində ümumilikdə, 6119 müraciət daxil olub.

Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1137 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 3010 vətəndaş müraciəti daxil olub. 204 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 1512 sənəd (vətəndaşlar tərəfindən 348 ərizə, Təhsil Nazirliyindən 139, digər qurumlardan 142, məktəblərdən 288 məktub, 54 strukturdaxili yazışma və 541 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 256 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.

İyul ayında BŞTİ-yə 6119 müraciət daxil olub

 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti