Kosta-Rikanın Azərbaycandakı səfirliyi bağlanır

30-07-2019, 11:16
Oxunub: 270
Avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq


Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır.

Report xəbər verir ki, avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq.

Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu məsələni şərh edərək bildirib: "Beynəlxalq təcrübəyə uyğun olaraq, hər hansı ölkədə səfirlik/diplomatik nümayəndəlik açmaq və ya bağlamaq qərarı dövlətlərin suveren hüququdur".

Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti