Bir neçə ərazidə qaz təchizatı dayandırılacaq

25-07-2019, 10:49
Oxunub: 83
Daha 2 rayonda orta təzyiqli qaz kəmərlərində payız-qış mövsümünə hazırlıq işləri aparılır


Bu gün səhər saat 09.00-dan işlər tamamlanana qədər aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Samux rayonunun 2 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Bu barədə Etatist.com-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Bundan başqa, daha 2 rayonda orta təzyiqli qaz kəmərlərində payız-qış mövsümünə hazırlıq işləri aparılır. Beləliklə, Bərdə rayonunda saat 14.00-dan işlər tamamlanana qədər 3 yaşayış məntəqəsi, Kürdəmir rayonunda isə saat 13.30-dan 15.30-dək 5 kənddə qaz təchizatı dayandırılacaq.



Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti