Avropa Komissiyası Macarıstanı məhkəməyə verib

25-07-2019, 17:33
Oxunub: 98
Macarıstan miqrantların bölüşdürülməsinin məcburi kvotasına qarşı çıxır


Avropa Komissiyası Macarıstanda miqrasiya sahəsində qəbul edilmiş qanunlara görə bu ölkəyə qarşı intizam prosedurları çərçivəsində Avropa İttifaqı məhkəməsinə müraciət edib.

Bu barədə Report RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, Macarıstan parlamenti qeyri-hökumət təşkilatlarının fəaliyyətinə məhdudiyyətlər qoyan və qanunsuz miqrantlara yardımı kriminallaşdıran bir sıra qanun layihələrini təsdiqləyib.

Xatırladaq ki, Macarıstan miqrantların bölüşdürülməsinin məcburi kvotasına qarşı çıxır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti