İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib

24-07-2019, 16:09
Oxunub: 57
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Beynəlxalq Astronavtika Federasiyasının prezidenti, Fransa Kosmik Agentliyinin rəhbəri Jan-İv Lö Qalı qəbul edib.

Etatist.com xəbər verir ki, görüşdə Azərbaycanda kosmik sənayenin inkişafında əldə edilən uğurlar qeyd olunub, yüksək texnologiyaların, o cümlədən kosmik sənayenin ölkəmizdə prioritet sahələrdən biri olduğu bildirilib, Azərbaycanın artıq üçüncü süni peykinin orbitə buraxılması mühüm hadisə kimi dəyərləndirilib və ölkənin dünya kosmik ailəsinin üzvü olmasının əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye sahəsində uğurla inkişaf etdiyi bildirilib, eyni zamanda, ölkəmizin Beynəlxalq Astronavtika Federasiyası ilə də əməkdaşlığının genişləndirilməsindən məmnunluq ifadə olunub.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti