İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb

19-07-2019, 23:36
Oxunub: 356
Hazırda gəmidə lazımi yoxlamalar aparılır


İran hərbçiləri Fars körfəzində Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb.

Report xəbər verir ki, bu barədə cümə günü İranın İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən İRNA məlumat yayıb.

Bildirilir ki, tanker beynəlxalq qaydaları pozduğuna görə saxlanılıb və sahilə qədər müşayiət olunub. Hazırda gəmidə lazımi yoxlamalar aparılır.

Öz növbəsində "Reuters" mənbələrinə istinadən xəbər verir ki, Britaniya hökumətinin fövqəladə komitəsi COBRA neft tankerinin saxlanılmasına həsr olunmuş təcili iclas keçirəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti