Vergilər nazirinin I müavini Neftçalada vətəndaşları qəbul edəcək

18-07-2019, 18:15
Oxunub: 71
Vergilər nazirinin I müavini Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək


Vergilər nazirinin I müavini Sahir Məmmədxanov iyulun 24-də Neftçala rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: Heydər Əliyev prospekti, 35) Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyindən Etatist.com-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar 19-22 iyul tarixlərində Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinə, habelə Neftçala, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1 Çağrı Mərkəzi”nə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti