Çində təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

18-07-2019, 16:30
Oxunub: 117
Müvafiq təqaüd proqramı barədə elan cari ilin 21 yanvar tarixində Təhsil Nazirliyinin saytında verilib


Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2019-2020-ci tədris ili üzrə 37 nəfər azərbaycanlı gənc Çin Xalq Respublikasının nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Bu barədə Etatist.com-a Təhsil Nazirliyindən məlumat verilib. 

Müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 37 nəfər bu ölkənin “Peking University”, “Beijing Normal University”, “University of Science and Technology Beijing”, “Central China Normal University”, “Shanghai University of Finance and Economics”, “Fudan University” kimi ali təhsil müəssisələrində neft mühəndisliyi, proqramlaşdırma və kompüter elmləri, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (3 nəfər), magistratura (32 nəfər) və doktorantura (2 nəfər) səviyyələri üzrə təhsil almaq hüququ qazanıb.

Müvafiq təqaüd proqramı barədə elan cari ilin 21 yanvar tarixində Təhsil Nazirliyinin saytında verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti