Azərbaycanın icmal büdcəsində 6 milyard manata yaxın qalıq yaranıb

18-07-2019, 16:38
Oxunub: 61
Hesabat dövründə Vergilər Nazirliyindən büdcəyə 3 632,8 milyon manat vəsait daxil olub


Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin mədaxili 10405,5 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6% və yaxud 590,2 milyon manat çoxdur.

Report xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hesabat dövründə Vergilər Nazirliyindən büdcəyə 3632,8 milyon manat vəsait daxil olub ki, bu da illik müqayisədə 7,4% və yaxud 250,3 milyon manat çoxdur.

Həmin vəsaitin 70,1%-i və yaxud 2245,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 1 il əvvələ nisbətən 318,8 milyon manat və yaxud 14,3% çoxdur.

6 ay ərzində Dövlət Gömrük Komitəsindən isə büdcəyə 2065,2 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% və yaxud 446,2 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 234,4 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 30,9% və yaxud 55,5 milyon manat çoxdur.

Sair daxilolmalar üzrə büdcəyə 60,1 milyon manat vəsait daxil olub. Azərbaycan Dövlət Neft Fondundan isə büdcəyə 4413,0 milyon manat vəsait transfert edilib.

2019-cu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4965,8 milyon manat icra olunub.

Bu ilin I yarısında dövlət büdcəsinin xərcləri 10951 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% və yaxud 1426,7 milyon manat çoxdur.

İqtisadi təsnifata uyğun olaraq büdcə xərclərinin 36,1%-i və yaxud 3953,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% və yaxud 328 milyon manat çoxdur.

6 ay ərzində büdcə xərclərinin 5621 milyon manatı və yaxud 51,3%-i cari xərclər, 3941,6 milyon manatı və yaxud 36%-i əsaslı xərclər, 1388,4 milyon manatı və yaxud 12,7%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

2019-cu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 5891,8 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə 775,5 milyon manat və yaxud 15,2% çoxdur.

Hesabat dövründə Azərbaycanın icmal büdcəsinin gəlirləri 17583,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2467,6 milyon manat və yaxud 16,3% çoxdur. İcmal büdcənin xərcləri isə 11682 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 milyon manat və yaxud 7,7% çoxdur. İcmal büdcədə 5901,1 milyon manat qalıq yaranıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti