Zakir Həsənov Ukraynanın Azərbaycana yeni təyin olunan səfiri ilə görüşüb

18-07-2019, 17:41
Oxunub: 134
Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyulun 18-də Ukraynanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan ilə Ukrayna arasında hərbi əməkdaşlığın həm ikitərəfli formatda, həm də NATO-nun müxtəlif proqramları çərçivəsində həyata keçirildiyini qeyd edən Müdafiə naziri bu əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Ukrayna əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti