Azərbaycanda qızıl istehsalı artıb
17-07-2019, 15:03
Oxunub: 101
Bu il iyulun 1-nə 197,5 kq hazır məhsul ehtiyatı yaranıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 1 720,9 kq qızıl istehsal edilib.Report-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur.
Bu il iyulun 1-nə 197,5 kq hazır məhsul ehtiyatı yaranıb.
Bundan başqa, bu ilin 6 ayı ərzində ölkədə 1 719,1 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 20,4% çoxdur.
Bu il iyulun 1-nə 629,2 kq hazır məhsul ehtiyatı yaranıb.