Suriyada avtomobil partladılıb

17-07-2019, 13:15
Oxunub: 104
Terrorçular hərbçiləri evdən hərbi hissəyə daşıyan avtomobilə partlayıcı qurğu quraşdırıblar


Suriyanın cənubundakı Dəra vilayətində hərbi avtomobil partladılıb, 4 suriyalı hərbçi ölüb, 14-ü isə yaralanıb.

Report xəbər verir ki, bu barədə RİA "Novosti"yə vilayət polisindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, terrorçular hərbçiləri evdən hərbi hissəyə daşıyan avtomobilə partlayıcı qurğu quraşdırıblar.

Öz növbəsində yerli KİV Dəra şəhərində güclü partlayış olduğu barədə məlumat yayıb. O cümlədən qeyd olunub ki, hərbi avtomobil terrorçular tərəfindən Dəra şəhərinin qərbindəki Yaduda kəndinə gedən yolda hücuma məruz qalıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti