Finlandiya Aİ Şurasındakı sədrliyinin hədəflərini açıqlayıb

17-07-2019, 14:50
Oxunub: 121
“Əsas məqsədimiz 2019-cu ilin sonunadək bu planın əsas müddəalarına dair razılıq əldə etməkdir”


"İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə, Avropa İttifaqının (Aİ) müştərək dəyərlərinin bərqərar olması, insanların təhlükəsizliyi və qanunun aliliyi Finlandiyanın Avropa İttifaqı Şurasındakı sədrliyinin öncül hədəfləridir".

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentində çıxışı zamanı Finlandiyanın Baş naziri Antti Rinne bildirib.

İqlim dəyişikliyinin fəsadları məsələsində Aİ-nin 2050-ci ilədək karbon neytrallığına, yəni havaya karbon dioksid buraxılmasının sıfırlanmasına nail olmaq hədəfinin qarşıya qoyulduğu vurğulanıb.

“Əsas məqsədimiz 2019-cu ilin sonunadək bu planın əsas müddəalarına dair razılıq əldə etməkdir”, – baş nazir deyib.

O, bu yöndə qərarlarda “sosial dayanıqlığ”ın təmin olunmasının vacibliyini diqqətə çatdırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti