Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib

17-07-2019, 13:05
Oxunub: 103
İmtahanda iştirakı gözlənilən 1759 abituriyentdən 28 nəfər imtahanda iştirak etməyib


Dövlət İmtahan Mərkəzi (DİM) Müdafiə Nazirliyinin hərbi liseylərinə 2019-cu il iyulun 14-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.

Mərkəzdən Etatist.com-a bildirilib ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 1759 abituriyentdən 28 nəfər imtahanda iştirak etməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti