Dünyanın ən məşhur xeyriyyəçisi - VİDEO

17-07-2019, 12:22
Oxunub: 1127
"Ölkəmdə xəstəliyi asanlıqla müalicə edilə bilinəcək minlərlə insanın yoxsulluqdan ölməsi məni az qala üsyan səviyyəsinə çatdırdı"



"Yoxsulam, doğrudur. Amma pula məndən çox ehtiyacı olanlar var. 20 ildir, eyni şalvarı və ayaqqabıları geyinirəm. Məncə, mömin müsəlman belə davranmalıdır”.

Bu şəxsin adı Əbdül Səttar Ədhidir. Çox yoxsul ailədə dünyaya gəlib. O qədər yoxsul olub ki, pulu olmadığı üçün öz doğma anasını həkimə apara bilməyib və anası dünyasını dəyişib. Həyatının ən ağır gününü onda yaşayıb, amma cəmiyyətə nifrət etməyib, hamını ittiham edib, günahlandırmaq yolunu seçməyib, əksinə, dilənərək həyatını təmin edən Ədhi başqa insanları bu əzabdan xilas etmək üçün dilənərək toplamış olduğu 50 dollar vəsaitlə 1949-cu ildə xeyriyyə cəmiyyəti qurur. 1951-ci ildə o, dilənərək qazandığı pullarla ilk kiçik klinikasını açır. Burada əlsiz-ayaqsız insanları pulsuz müayinə ilə təmin edir, topdansatış anbarlarlarından dərmanlar alıb yoxsullara çox ucuz qiymətə satır. Bu işlərin davamında insanların rəğbətini qazanan Ədhiyə iş adamları, siyasətçilər, sadə insanlar xeyriyyə ianələri verməyə başlayırlar. Dilənçiliklə başlayıb, açmış olduğu kiçik klinikadan əldə etdiyi gəlirləri, verilən ianələrlə birlikdə toplayır, Pakistanın ilk təcili tibbi yardım maşınını alıb yoxsulların xidmətinə verir.

Bu gün onun yaratdığı cəmiyyət Cənubi Asiyanın ən böyük xeyriyyə cəmiyyətidir. 8000 işçisi, 250-dən çox özəl xəstəxanası, 335 yardım qurumu, 1800 təcili tibbi yardım avtomobili, hətta təcili tibbi yardım helikopteri var. Amma bununla da kifayətlənmir. 250 xəstəxana yaratmaqla işini bitmiş saymır. Qocalar evi, dispanser, dünyanın ən böyük pulsuz təcili yardım xidmətini yaradır ki, təki bir insanın həyatını xilas etsin, dünyada bir insana fayda versin.

Ədhinin yaratdığı xeyriyyə cəmiyyəti 2011-ci ildə iki təyyarə alır və onları uçan xəstəxanalara çevirir. Ədhi dünyasını dəyişdikdən sonra Pakistan dövləti onun ölümü ilə bağlı dövlət bayraqlarını endirib, bir günlük matəm elan etdi. O, hamıya göstərdi ki, insanlar tutduğu vəzifələrinə, mövqelərinə görə yox, insana, gələcəyə xidmət göstərdikdə əsl hörmət və ehtirama sahib olurlar.

Karaçi küçələrində dilənçilikdən başlayıb insanlığa fayda vermək istəyən Ədhi, nəticədə, millətin qəhrəmanına çevrildi. Özünün bu barədə yaxşı fikri var: "Ölkəmdə xəstəliyi asanlıqla müalicə edilə bilinəcək minlərlə insanın yoxsulluqdan ölməsi məni az qala üsyan səviyyəsinə çatdırdı".

Ədhi Pakistanın ən ağrılı problemi olan səhiyyədəki çatışmazlığa görə bu qədər əzmlə insan həyatını xilas etmək istəyirdi.

Bizim cəmiyyətimizin problemi isə təhsil, maarifçilikdir. Kitabıstan cəmiyyətdə hamının kitab oxuya bilməsi üçün “Kitabıstan mağazası açaq” kampaniyası aparır. Kitablar ucuz olmalıdır ki, hamı əldə edib oxuya bilsin. Kitablar inhisarçılıqla acgözlülüyün qurbanı ola bilməz. Ona görə kitaba dəyər verən bütün maarifpərvər Kitabıstan vətəndaşlarını “Kitabıstan mağazası açaq” kampaniyasına qoşulmağa səsləyirik. Sizin ianələrinizlə Kitabıstan mağazası qurulmaqla qalmayacaq, həm də nəşr etdiyimiz kitabların qiymətini daha ucuz etmiş olacağıq, gənc yazıçılardan kitab satışı üçün faiz almayacağıq ki, yaradıcılığa təkan verək. Dünyanın ən möhtəşəm kitablarını öz doğma dilimizə tərcümə edib, daha çox kitab nəşr edəcəyik. Oxumayan bir nəsil yaratmaq istəməyən, fayda gətirməyən, ölü nəsil deməkdir. Gəlin, kitab oxuyanlar ölkəsini, xəyali Kitabıstan ölkəsini birlikdə quraq ki, qaranlıqlar aydınlığa çıxsın. Qoy Kitabıstan mağazası oxumaq istəyimizin rəmzinə çevrilsin.

Daha ətraflı kitabistan.org saytından oxuya bilərsiniz.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti