Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edəcək

15-07-2019, 16:22
Oxunub: 118
Mikayıl Cabbarov Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayonları sakinlərini qəbul edəcək


İyulun 19-da vergilər naziri Mikayıl Cabbarov Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İsmayıl bəy Qutqaşınlı küçəsi, 27) Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayonları sakinlərini qəbul edəcək. 

Bu barədə Etatist.com-a Nazirlikdən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşlar iyulun 15-18-i tarixlərində Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsinə, Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə İsmayıllı, Balakən və Qax rayonları vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti