“American Airlines” “Boeing 737 MAX” təyyarələrinin uçuşuna qoyduğu qadağanın müddətini uzadıb

15-07-2019, 11:17
Oxunub: 104
Şirkətin hazırda mövcud “Boeing 737 MAX” hava gəmilərinin sayı 24-dür


“American Airlines” şirkəti parkında olan “Boeing 737 MAX” təyyarələrinin uçuşuna qoyulan qadağanı noyabrın əvvəlinə kimi uzadıb.

Report xarici mediaya istinadən xəbər verir ki, şirkətin hazırda mövcud “Boeing 737 MAX” hava gəmilərinin sayı 24-dür.

Bundan öncə eyni addımı ABŞ-ın digər, “United Airlines” aviaşirkəti də atıb.

Qeyd edək ki, ötən il Efiyopiya və İndoneziyaya məxsus aviaşirkətlərə məxsus “Boeing 737 MAX”larda baş verən qəzalar 20 ölkənin öz hava məkanını bu tip təyyarələrin uçuşuna qadağa qoyulması ilə nəticələnib. Xeyli şirkət isə bu model təyyarələrin alışı və istismarı ilə bağlı proqramı dayandırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti