ETSN-də BMT baş katibinin müavini ilə görüş keçirilib

15-07-2019, 14:00
Oxunub: 136
Ekologiya və Təbii Sərvətlər Nazirliyində İbrahim Tyao ilə görüş keçirilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bakıda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini, BMT-nin “Səhralaşma ilə mübarizə haqqında” Konvensiyasının baş katibi İbrahim Tyao ilə görüş keçirilib.

Nazirlikdən Etatist.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycanda səhralaşma problemi, quraqlığa gətirib çıxaran səbəblər, o cümlədən su ehtiyatlarının azalması, problemin həlli üçün sudan səmərəli istifadə və su itkilərinin azaldılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda bu sahədə Konvensiya ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti