Pakistan vətəndaşının çantasında və üzərində mobil telefonlar aşkar edilib

15-07-2019, 15:11
Oxunub: 108
Faktla bağlı araşdırma aparılır


Dubay-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşı gömrük nəzarət zonasına daxil olarkən əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib.

Bu barədə Etatist.com-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Sərnişin baqajını götürüb "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən "Qırmızı kanal"a yönləndirilib, sonra isə təkrar yoxlama keçirilib.

Yoxlama zamanı vətəndaşa məxsus əl çantalarının içərisindən 5 ədəd "Samsung S10+" markalı mobil telefon, 5 ədəd simsiz "Apple AirPods" qulaqlıqları, əynindəki şalvarın yan ciblərindən və arxa sol cibindən isə 3 ədəd "Samsung S10+" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti