“Fitch” Türkiyənin reytinqini azaldıb

13-07-2019, 10:26
Oxunub: 163
Qurumun reytinq üzrə proqnozu isə “Mənfi”dir


“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli defolt reytinqini (EDR) “BB” səviyyəsindən “BB-“ səviyyəsinə endirib.

Report xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Qurumun reytinq üzrə proqnozu isə “Mənfi”dir.

“Fitch” qərarını Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasından sonra ABŞ-ın sanksiyaları ilə üzləşəcəyi ehtimalı ilə izah edib.

Xatırladaq ki, rəsmi Vaşinqton Ankara və Moskva arasında bu cür əməkdaşlığın əleyhinədir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti