"Azərbaycandan aviasiya sazişi üzrə təkliflər gözləyirik"

12-07-2019, 12:56
Oxunub: 71
"Aviasiya sazişinin imzalanması Azərbaycana fayda verəcək"


"Azərbaycanla aviasiya sazişi imzalamağa çox yaxınıq. İndi Azərbaycan tərəfinin təkliflərini gözləyirik".

Report xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yanskauskas Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına həsr olunmuş təqdimatda deyib.

Səfir qeyd edib ki, aviasiya sazişinin imzalanması Azərbaycana fayda verəcək, turizmin inkişafına və ölkənin mühüm nəqliyyat mərkəzinə çevrilməsinə yardım edəcək. 

"Bu sahədə gecikmə turizmin inkişafı və regional əməkdaşlıq üçün qaçırılan fürsət olacaq", - Aİ səfiri bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti