Pakistanda sərnişin qatarı yük qatarı ilə toqquşub, 13 nəfər ölüb

11-07-2019, 10:47
Oxunub: 92
Xəsarət alanların 11-i uşaqdır


Pakistanda sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 13nəfər ölüb, 67 nəfər xəsarət alıb.

Report RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Pəncab əyalətində baş verib.

Pakistanın Kvetta şəhərindən Lahora sərnişin daşıyan qatar Rəhimyar-Xar şəhərində dayanmış qatara çarpılıb. İlkin məlumata görə, sərnişin qatarı öz yolu ilə hərəkət etmirmiş.

Xəsarət alanların 11-i uşaqdır.

Ölənlərin sayının artacağı istisna deyil. Hadisənin səbəbi araşdırılır. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti