ABŞ dövlət katibi Qətər Əmiri ilə görüşüb

11-07-2019, 10:20
Oxunub: 43
Sudan, Liviya və Əfqanıstan da daxil olmaqla, digər vacib regional məsələlər diqqət mərkəzində olub


ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonda Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb və onunla Fars körfəzindəki gərgin vəziyyəti müzakirə edib.

Report xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin İranın qeyri-sabitlik fəaliyyətlərinə qarşı birləşməsinin əhəmiyyətini müzakirə ediblər.

Sudan, Liviya və Əfqanıstan da daxil olmaqla, digər vacib regional məsələlər diqqət mərkəzində olub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti