Tatarıstan prezidenti Azərbaycana səfərə gələcək

11-07-2019, 14:24
Oxunub: 69
"Hazırda Tatarıstanın Azərbaycanla ticarət dövriyyəsi 58 milyon ABŞ dolları həcmindədir"


Tatarıstan Prezidenti Rüstəm Minnexanov bu ilin oktyabr ayında Azərbaycana işgüzar səfər etmək niyyətindədir.

Report “İnterfax”a istinadən xəbər verir ki, bunu Tatarıstan prezidentinin mətbuat katibi Liliya Qalimova bildirib.

“Hazırda Tatarıstanın Azərbaycanla ticarət dövriyyəsi 58 milyon ABŞ dolları həcmindədir. Bu, çox kiçik rəqəmdir, əlaqələrimizin yaxşı dövrlərində həmin göstərici 200 milyon dollara çatıb. Prezident Minnexanovun Bakıya oktyabr ayının ikinci yarısına nəzərdə tutulmuş səfəri zamanı qarşılıqlı əməkdaşlığın inkişafını müzakirə etməklə bağlı razılıq əldə olunub”, – mətbuat katibi deyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti