Avropa Şurasının prezidenti Azərbaycana gəlib

8-07-2019, 23:19
Oxunub: 71
Bakıya səfəri zamanı D.Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək


Avropa Şurasının prezidenti Donald Tusk Azərbaycana səfərə gəlib.

Report xəbər verir ki, Bakıya səfəri zamanı D.Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, eləcə də Bakı Beynəlxalq Dəniz Limanını ziyarət edəcək.

Səfər zamanı ikitərəfli əməkdaşlıq, regional əməkdaşlığın genişləndirilməsi məsələləri, həmçinin "Şərq tərəfdaşlığı" proqramının gələcəyi müzakirə olunacaq.

D.Tusk iyulun 10-da Ermənistana, iyulun 11-də isə Gürcüstana səfər edəcək.

İyulun 11-də Avropa Şurasının prezidenti "Şərq tərəfdaşlığı"nın 10 illiyinə həsr olunmuş 16-cı Beynəlxalq Batumi Konfransının açılışında iştirak edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti