Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb

5-07-2019, 11:40
Oxunub: 190
Faktla bağlı araşdırma aparılır


Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb.

Komitədən Etatist.com-a verilən məlumata görə, İdarəyə "Mercedes Benz" markalı minik avtomobilində Azərbaycanın aksiz markası ilə markalanmamış külli miqdarda siqaretlərin Xaçmaz rayonu ərazisindən Bakı şəhəri istiqamətinə daşınması barədə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobil Bakı-Sumqayıt şossesində saxlanılıb və baxış keçirilib. Bu zaman avtomobildə 18 ədəd karton qutuda Azərbaycana məxsus aksiz markası olmayan 114 000 ədəd "King" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti