Yol polisi vətəndaşlara müraciət edib

4-07-2019, 14:35
Oxunub: 311
Gürcüstanın və Bolqarıstanın yol hərəkəti haqqında qanunvericilik aktlarına bəzi əlavə və dəyişikliklər edilib


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) beynəlxalq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, eləcə də şəxsi nəqliyyat vasitələri ilə ölkə xaricinə səfər edən vətəndaşlara müraciət edib.

İdarədən Etatist.com-a bildirilib ki, Gürcüstanın və Bolqarıstanın yol hərəkəti haqqında qanunvericilik aktlarına bəzi əlavə və dəyişikliklər edilib.

Əsasən yol hərəkəti qaydalarının pozuntuları ilə bağlı tətbiq edilən inzibati tənbeh tədbirlərinə, hərəkətin məhdudlaşdırılması hallarına və müəyyən kateqoriyalı nəqliyyat vasitələrinin icazə verilən maksimum çəki və ölçü parametrlərinə dair qaydalara edilmiş həmin əlavə və dəyişikliklərlə maraqlanan şəxslər Gürcüstan hökumətinin 2019-cu il 1 iyul tarixli 393 saylı qərarı, habelə Bolqarıstan Respublikasının müvafiq agentliyinə məxsus (htt://www.api.bg/index.php/en) veb-səhifəsi vasitəsilə daha ətraflı məlumat ala bilərlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti