Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib

3-07-2019, 10:37
Oxunub: 79
"Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik"


Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

Etatist.com xəbər verir ki, başsağlığında deyilir: 

“Rusiya Hərbi Dəniz Donanmasının elmi-tədqiqat dərin sualtı gəmisində 14 sualtı-dənizçinin faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.

Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti