“OPEC+ sazişini mart ayının sonuna qədər uzatmaq düzgün olardı”

1-07-2019, 18:13
Oxunub: 96
"Biz sazişin müddətinin uzadılmasında çevik davranacağıq"


OPEC+ sazişini 2020-ci ilin mart ayının sonuna qədər uzatmaq düzgün olardı, amma bazar stabilləşərsə, müddəti dekabra da azaltmaq olar.

Report “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın energetika naziri Xalid əl-Faleh bildirib:

"Biz sazişin müddətinin uzadılmasında çevik davranacağıq, əgər ehtiyatlar dekabr ayına balanslaşdırılarsa, onda müddəti azaltmaq olar. Amma martın sonuna qədər saxlamaq düzgün olardı”.

Onun sözlərinə görə, bəzi OPEC üzvləri sazişin müddətinin, sadəcə, 6 ay uzadılmasında təkid etməyə davam edirlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti