Bu gün Silahlı Qüvvələr Günüdür

26-06-2019, 13:06
Oxunub: 295
Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib


Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir.

Etatist.com xatırladır ki, 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra ordu quruculuğu üçün tədbirlər görülməyə başladı.

Milli dövlət qurulandan dərhal sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başladı.

Elə 1918-ci ilin iyun ayının 26-da AXC hökumətinin qərarı ilə ilk hərbi hissə yaradıldı. Bunun ardınca ölkədə orduya çağırış haqqında fərman verildi. Qısa vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

1920-ci ildə Azərbaycan SSRİ-nin tərkibinə qatılandan sonra milli ordunun yerini Sovet ordusu aldı.

1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa edəndən sonra - oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.

Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti