Türkiyənin “S-400”ləri tədarükə başlayacağı vaxt açıqlanıb

25-06-2019, 16:26
Oxunub: 138
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib


Türkiyə Rusiyadan “S-400” raket sistemlərinin tədarükünə gələn ay başlayacaq.

Report AA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Dövlət başçısı Rusiya istehsalı olan raket sistemlərini almaq barədə razılaşmadan geri dönməyəcəklərini, bunun suveren hüquqları olduğunu vurğulayıb.

Türkiyə uzaqmənzilli “S-400 Triumph” hava müdafiə raket sistemlərinin məcmu dəyəri 2,5 milyard dollar olan dörd divizionunu satın almağı nəzərdə tutur. Ölkənin müdafiə naziri Hulusi Akar həmin sistemlərin oktyabr ayından mövqelərə yerləşdirməyə başlayacaqlarını bildirmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti