"Georgian Airways" Moskvaya uçuşları İrəvandan tranzitlə təklif edəcək

23-06-2019, 11:19
Oxunub: 223
Bu barədə aviadaşıyıcının şənbə günü yaydığı bəyanatda deyilir


"Georgian Airways" aviaşirkəti Rusiya Nəqliyyat Nazirliyinin iyulun 8-dən Gürcüstandan federasiya şəhərlərinə birbaşa uçuşların dayandırılmasına dair bəyanatından sonra öz sərnişinlərinə Tbilisi - İrəvan - Moskva marşrutu üzrə tranzit uçuşlar təklif edəcək.

Report xəbər verir ki, bu barədə aviadaşıyıcının şənbə günü yaydığı bəyanatda deyilir.

"Məlum olduğu kimi, bu ilin 8 iyulundan etibarən Rusiya aviaşirkətlərinə Rusiya Federasiyasından Gürcüstana hava nəqliyyatının həyata keçirilməsi qadağan ediləcək. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, qadağa Gürcüstan aviaşirkətlərinə də aid ediləcək. İyulun 8-dən etibarən qadağalar tətbiq edildikdə, Gürcüstan Hava Yolları öz sərnişinlərinə Tbilisi-İrəvan-Moskva marşrutu üzrə tranzit uçuşlar təklif edəcək", - deyə bəyanatda bildirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti