BMT Baş katibinin müavini Azərbaycana səfərə gəlib

23-06-2019, 10:07
Oxunub: 128
Səfər çərçivəsində o, iyunun 24-26-da Bakıda keçiriləcək BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak edəcək


BMT Baş katibinin müavini Lui Zemin Azərbaycana səfərə gəlib.

Report-un xəbərinə görə, səfər çərçivəsində o, iyunun 24-26-da Bakıda keçiriləcək BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak edəcək.

Qeyd edək ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-nin birgə təşkilatçılığı ilə baş tutacaq Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanda təşkil olunacaq ilk BMT tədbiridir. 2003-cü ildən keçirilən BMT-nin Dövlət Xidmətləri Forumuna ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti