Putin aviaşirkətlərə Gürcüstana sərnişin daşımalarını qadağan edib

21-06-2019, 23:37
Oxunub: 157
Fərmana əsasən iyulun 8-dən Gürcüstanla sərnişin daşımaları müvəqqəti qadağan edilir


Rusiya Federasiyasının prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinə Gürcüstana sərnişin daşımalarının qadağan edilməsi barədə fərman imzalayıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən iyulun 8-dən Gürcüstanla sərnişin daşımaları müvəqqəti qadağan edilir.

"2019-cu ilin 8 iyulundan Rusiya aviaşirkətlərinə Rusiya Federasiyasının ərazisindən Gürcüstan ərazisinə sərnişin (həmçinin ticarət) daşımalarını həyata keçirmək qadağan edilir", - deyə sənəddə bildirilir.

Bundan başqa, turizm operatorlarına və agentliklərinə qadağanın qüvvədə olduğu müddətdə turistləri Rusiyadan Gürcüstan ərazisinə daşımamaq tövsiyə edilir.

Vladimir Putin sərnişin daşınmalarının dayandırılmasını nəzərə alaraq, Nazirlər Kabinetinə Gürcüstanda olan ölkə vətəndaşlarının Rusiya Federasiyasına qayıdışına kömək etməyi tapşırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti