ABŞ prezidenti KXDR-ə qarşı sanksiyaların müddətini uzadıb

21-06-2019, 21:36
Oxunub: 151
Ağ Ev Donald Trampın bununla bağlı xəbərdarlığını Konqresə göndərib


ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaların müddətini daha 1 il artırıb.

Bu barədə Report "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, Ağ Ev Donald Trampın bununla bağlı xəbərdarlığını Konqresə göndərib. Xəbərdarlıqda qeyd edilir ki, dövlət başçısı 2008, 2010, 2011, 2015 və 2016-cı illərdə qəbul edilmiş sanksiyaları uzatmağı lazımlı hesab edir.

Sanksiyalar xüsusi halda nüvə materiallarının yayılmasına və Koreya Xalq Demokratik Respublikasının başqa hərəkətlərinə aiddir. ABŞ hesab edir ki, bunlar regionda sabitliyi pozur.

Daha əvvəl bildirilib ki, rəsmi Pxenyan ABŞ-ın KXDR-lə əlaqələrə olan yanaşması dəyişməyincə nüvəsizləşdirmə üzrə Vaşinqtonla danışıqları bərpa etməyin mümkün olmadığını düşünür. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti