Gürcüstanda etirazlar zamanı 240 nəfər yaralanıb

21-06-2019, 19:54
Oxunub: 435
Rəsmilər polis müdaxiləsi zamanı ölkədə 240 etirazçının yaralandığını açıqlayıblar


Gürcüstanda Rusiya Federasiyasının deputatı Sergey Qavrilovun səfərindən sonra baş verən etirazlarda etirazçılara qarşı tətbiq edilən polis şiddəti istefaya səbəb olub. Parlamentin spikeri İrakli Kobaxidze vəzifəsindən istefa verib.

Etatist.com 
Euronews-a istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili isə ölkədəki etirazlara görə Rusiyanın məsuliyyət daşıdığını bildirib. "Rusiya bizim düşmənimiz və işğalçıdır. Beşinci kolon açıq müharibədən daha təhlükəli ola bilər" deyə Salome Zurabişvili qeyd edib.

Zurabişvili "beşinci kolon" ifadəsiylə baş verənlərə görə Rusiyanı günahlandırarkən, Kremlin verdiyi bəyanatlarda, Gürcüstan siyasətçiləri "rusiyaya qarşı təxribat" ilə ittiham olunublar.

Digər tərəfdən, rəsmilər polis müdaxiləsi zamanı ölkədə 240 etirazçının yaralandığını açıqlayıblar.

Parlament binasına girməyə çalışan nümayişçilərə polis bibər qazı, təzyiqli su və rezin güllələrlə müdaxilə edib.

Şiddətli etirazlarda yaralanan onlarla adam ətrafdakı xəstəxanalara aparılıb. Polisin müdaxiləsindən sonra etirazçılar parlament binasının qarşısını tərk edərək, ətraf küçələrə dağılışıb.

Gürcüstanda etirazlar zamanı 240 nəfər yaralanıb

 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti