Azərbaycan Hökuməti ilə BMT arasında bağlanılmış Saziş təsdiqlənib

21-06-2019, 17:43
Oxunub: 127
Prezident fərman imzalayıb


Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu və Mükafatlandırma Mərasimi – 2019”un 2019-cu il iyunun 24–26-da Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında məktublar mübadiləsi formasında bağlanılmış Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Etatist.com xəbər verir ki, sənədə əsasən, “Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu və Mükafatlandırma Mərasimi – 2019”un 2019-cu il iyunun 24–26-da Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2019-cu il iyunun 14-də və 18-də məktublar mübadiləsi formasında bağlanılmış Saziş təsdiq edilib.

Bu fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatına bildiriş göndərmək tapşırılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti