Vergilər nazirinin I müavini Ucarda vətəndaşları qəbul edib

21-06-2019, 17:39
Oxunub: 112
Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub


Bu gün Vergilər nazirinin I müavini Sahir Məmmədxanov Ucar şəhərində yerləşən Vergi Ödəyicilərinə Xidmət Mərkəzində Ucar, Göyçay, Kürdəmir, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. 

Bu barədə Etatist.com-a Vergilər Nazirliyindən bildirilib. 

Məlumata görə, qəbulda vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergilərin hesablanması və ödənilməsi, uçot, əmək münasibətləri, vergi orqanlarında işlə təminat sahəsində vətəndaşların qarşılaşdıqları bir sıra məsələlər qaldırılıb.

Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə Nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti