Bakıda bələdiyyə sədri cərimələnib

21-06-2019, 13:18
Oxunub: 98
Faktla bağlı əraziyə cavabdeh Zığ qəsəbə bələdiyyəsinin sədri Kənan Nəsrullayev barəsində protokol tərtib edilib


11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində tullantıların qalaqlandığı və düzgün idarə olunmadığı aşkar edilib.

Bu barədə Etatist.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı əraziyə cavabdeh Zığ qəsəbə bələdiyyəsinin sədri Kənan Nəsrullayev barəsində protokol tərtib edilib və ona inzibati qaydada 2500 manat məbləğində cərimə tətbiq olunub.

Tullantıların qısa vaxt ərzində təmizlənməsi və gələcəkdə düzgün idarə olunması tələbi ilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti