Sahil zolağını çirkləndirən obyekt sahibləri cəzalandırılıb

21-06-2019, 12:43
Oxunub: 64
Reydlər davam etdirilir


Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə reydlər keçirib.

ETSN-in Mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, reydlər zamanı Mərdəkan qəsəbəsinin Xəzər dənizi sahili zolağında fəaliyyət göstərən “Karvan Palase” mehmanxanasının, “Xəzri” və “City Beach” istirahət mərkəzlərinin ərazilərində tullantıların düzgün idarə olunmadığı və qalaqlandığı faktları aşkar edilib.

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə “Karvan Palase”, “Xəzri” ictimai iaşə obyektlərinin icracı direktorları Məhluqə Qibləliyeva və Zahid Hüseynov barəsində protokol tərtib olunub, hər biri vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib. “City Beach” istirahət mərkəzinin məsul şəxsi Zöhrə Əliyevaya isə fiziki şəxs kimi 800 manat məbləğində cərimə tətbiq olunub. Ərazinin tullantılardan təmizlənməsi tələbi ilə ictimai iaşə obyektlərinin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Reydlər davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti