""Brexit" sazişi layihəsi dəyişdirilə bilməz"

21-06-2019, 16:02
Oxunub: 65
O, görüş iştirakçılarının "Brexit"ə dair vahid mövqe ortaya qoyduqlarını qeyd edib


Avropa İttifaqının 27 üzv ölkəsinin iştirakı ilə keçirilən sammitdə Böyük Britaniyanın qurumu tərk etməsi şərtlərinə dair saziş layihəsinin dəyişdirilməyəcəyi təsdiq olunub.

Report RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Avropa İttifaqı Şurasının sədri Donald Tusk məlumat verib.

O, görüş iştirakçılarının "Brexit"ə dair vahid mövqe ortaya qoyduqlarını qeyd edib.

“Biz nizamsız “Brexit”ə yol verməyərək Böyük Britaniya ilə gələcəkdə də mümkün qədər yaxın münasibətlər qurmaq istəyirik”, - deyən AŞ rəhbəri Avropa İttifaqının Böyük Britaniya ilə yalnız gələcək əlaqələrin quruluşuna dair siyasi bəyannamə barədə danışıqlara hazır olduğunu diqqətə çatdırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti