Gürcüstan parlamentinin sədri istefa verib

21-06-2019, 16:16
Oxunub: 142
İ.Kobaxidze 2016-cı ilin noyabrında Gürcüstan parlamentinin sədri olub


Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze tutduğu vəzifədən ayrılır.

Report-un Gürcüstan bürosunun məlumatına görə, bu barədə brifinqdə Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, müvafiq qərar hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının siyasi şurasının iclasında qəbul edilib.

Xatırladaq ki, İ.Kobaxidze 2016-cı ilin noyabrında Gürcüstan parlamentinin sədri olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti