Con Bolton İsrailin baş naziri ilə görüşəcək

20-06-2019, 21:03
Oxunub: 109
Bu barədə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Qarret Markis məlumat verib


İyunun 23-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla İsrailin baş naziri Binyamin Netanyahu arasında görüş keçiriləcək.

Report AFR-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Qarret Markis məlumat verib.

"İsrail və Rusiya rəsmilərilə regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Təl-Əvivə səfərə yollanacaq Ağ Ev rəsmisi adıçəkilən ölkələdən olan həmkarları - Meir Ben-Şabbat və Nikolay Patruşevlə, habelə İsrailin Atom Enerjisi Komissiyasının baş direktoru Zeyev Snir ilə danışıqlar aparacaq", - Q.Markis bildirib.

Bu barədə açıqlamanın İran tərəfindən ABŞ-a məxsus pilotsuz uçan aparatın vurulmasından bir neçə saat sonra verildiyi qeyd olunur. Həmin hadisə Vaşinqton tərəfindən təhriksiz hücum deyə səciyyələndirilib. Tehran dron tərəfindən hava sərhədinin pozulduğunu bildirsə də, Ağ Ev hadisənin beynəlxalq hava sahəsində meydana gəldiyini açıqlayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti