Bu günədək 427832 hektar ərazidə taxıl biçini aparılıb

19-06-2019, 16:17
Oxunub: 130
Məlumata görə, bunun 271634 hektarı arpa, 156198 hektarı isə arpa sahəsidir


Bu günə qədər Azərbaycan ərazisində 427 833 hektar ərazidə taxıl biçini aparılıb. 

Etatist.com bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, bunun 271634 hektarı arpa, 156198 hektarı isə arpa sahəsidir. 

Qeyd edək ki, bu il ölkə ərazisində 1009140 hektar sahədə taxıl əkini aparılıb. Bunun 677793 hektarı buğda, 331347 hektarı arpa sahəsidir. 

Bu günə qədər ölkə üzrə 1329476 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31 sentner təşkil edir.

Bərdə, Zərdab, Yevlax və Sabirabad rayonlarında arpa biçini başa çatıb. Kürdəmir, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29926 hektar sahənin 29670 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Şəki, Cəlilabad, Masallı, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Bərdə, Goranboy, Qax, Ağcabədi, Füzuli, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

 

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti