Artilleriyaçılarla komandir toplanışı keçirilib - VİDEO

19-06-2019, 15:48
Oxunub: 62
Tədbirdə raket və artilleriya bölmələri ilə döyüş vəziyyətinə uyğun şəraitdə təlim və məşğələlər keçirilib


Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən birlik və birləşmələrin artilleriya rəisləri, həmçinin artilleriya hərbi hissələrinin komandirləri və onların müavinləri ilə komandir toplanışı keçirilib.

Etatist.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə raket və artilleriya bölmələri ilə döyüş vəziyyətinə uyğun şəraitdə təlim və məşğələlər keçirilib, döyüş hazırlığının yekunları və hərbi intizamın vəziyyəti təhlil edilib, növbəti tədris mövsümü ilə əlaqədar tapşırıqlar verilib.

Toplanışın yekununda zabit heyətinin nəzəri biliklərinin yoxlanılması məqsədilə məqbullar qəbul edilib və praktiki atışlar icra olunub.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti