Yaponiyada 6,8 maqnitudalı zəlzələ baş verib

18-06-2019, 19:21
Oxunub: 338
Yamaqata prefekturasında 5,900 və Niiqata prefekturasında 3,200 mənzil elektriksiz qalıb


Yaponiyanın şimalındakı Yamaqata prefekturası sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

Etatist.com NHK-ya istinadən xəbər verir ki, regionun geniş ərazilərində güclü təkanlar hiss edilib.

Rəsmilər bildiriblər ki, Yamaqata, Niiqata və İşikava prefekturalarının sahillərində hündürlüyü bir metrə çatan dalğalarla sunami gözlənilir.

"East Japan Railway Company" Tokyonu Aomori və Niiqata prefekturaları ilə birləşdirən "Şinkansen" sürət qatarının xidmətlərinin bir qismini dayandırdığını açıqlayıb.

"Tohoku Electric Power Company" zəlzələnin Yaponiyanın şimalında bəzi bölgələrdə elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib. Yamaqata prefekturasında 5,900 və Niiqata prefekturasında 3,200 mənzil elektriksiz qalıb.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti