Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib

18-06-2019, 11:26
Oxunub: 94
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb


Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.

Etatist.com-un xəbərinə görə, mərasimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, deputatlar, xarici ölkələlərin səfirliklərinin nümayəndələri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qeyd edək ki, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 87 vəkilliyə namizəd Ədliyyə Akademiyasında bir ayadək davam edən icbari təlimdə iştirak edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti