“Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş keçirilib

18-06-2019, 17:05
Oxunub: 106
Görüşün yekununa dair protokol imzalanıb


Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku-2019 müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş keçirilib.

Bu barədə Etatist.com-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müsabiqənin növbəti dəfə ölkəmizdə təşkilinin əhəmiyyəti vurğulanıb, hazırlıqla bağlı məsələlər, görüləcək işlər müzakirə edilib. Sonra yarışların keçirilməsi üçün hazırlanan infrastruktura baxış keçirilib.

Görüşün yekununa dair protokol imzalanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti