Merkel Rusiyaya qarşı sanksiyaların götürülməsi şərtlərini açıqlayıb

18-06-2019, 16:49
Oxunub: 95
"İrəliləyiş olmayana qədər sanksiyalar aradan qaldırıla bilməz"


Almaniya və Ukrayna hesab edir ki, anti-Rusiya sanksiyaları yalnız Minsk sazişlərinin həyata keçirilməsində irəliləyişlər olduğu halda, yumşaldıla bilər.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Berlində Almaniya Kansleri Angela Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə keçirdyi mətbuat konfransında bildirib.

"İrəliləyiş olmayana qədər sanksiyalar aradan qaldırıla bilməz", - Merkel deyib.

Merkel əlavə edib ki, "Minsk formatında" müşavirlərin görüşü iyulun 12-də keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti